Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Xətai rayonu, N. Rəfiyev küçəsində yerləşən qaz xəttinin yerinin dəyişdirilərək təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 09:30-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.