"APA-Economics"in məlumatına görə, bunu SOCAR birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X. Yusifzadənin sözlərinə görə, sənəd 2024-2040-ci illəri əhatə edəcək: "Prezident İlham Əliyev bu məsələni müsbət qiymətləndirib və bu müqavilənin imzalanması üçün ilin sonuna qədər vaxt verib. Bu şirkətlər AÇQ blokunda işləyirlər, ona görə, yaxşı olar ki, həmin şirkətlər bu işləri davam etdirsinlər".
Qeyd edək ki, AÇQ üzrə bağlanmış pay bölgüsü müqaviləsinin müddəti 2024-cü ildə bitir.