Bakı - APA-Economics. İş adamı Xosrov Zamani "Anglo Asian Mining" şirkətindəki payını kəskin artırıb.
"APA-Economics" xəbər verir ki, X. Zamani şirkətin 666,406 min səhmini alıb. Əməliyyat iyulun 22-də baş tutub. Əqdin ümumi məbləği 62 mln. 397,57 min ABŞ dollarıdır. Səhmlərin nominal dəyəri 0,09 dollardır.
Qeyd edək ki, iyun ayının 29-a olan məlumata əsasən, şirkətin səhmdarlarının pay bölgüsü bu cür olub: Reza Vəziri - 29,366%, Con Sununu – 9,612%, Xəqani Bəşirov – 5,393%, "Limelight industrial developments" - 3,616%, Xosrov Zamani - 0,531%, Con Monhemius – 0,165%, Riçard Raund – 0,138%.