“İtaliyanın yeni hökumətinin TAP layihəsi ilə bağlı yenə mübahisəli münasibət göstərdiyindən, fikrindən daşındığından bir az məlumatım var”.
Bunu APA-ya açıqlamasında Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, çexiyalı avroparlamentari Yan Zahradil “TAP” layihəsi ilə bağlı sualı dəyərləndirərkən deyib.
Yeni İtaliya hökumətinə müəyyən simpatiyasının olduğunu və yeni hökumətin Avropa İttifaqı ( Aİ) ilə ortaq ideyalara malik olduğunu deyən Y.Zahradil yeni hökumətin TAP (Trans-Adriatic Pipeline) layihəsi ilə bağlı fikrini dəyişəcəyinə ümid etdiyini bildirib .
“Yeni hökumət bu mühüm enerji layihəsindən imtina etsə, bu, mənim üçün böyük surpriz olacaq. Ümid edirəm ki, onlar bu məsələni tam araşdırdıqdan sonra öz mövqeyini yenidən nəzərdən keçirərək fikirlərini dəyişdirəcəklər”, -deyə Avropa parlamentari əlavə edib.