Bank Of Baku

Yanvar-aprel ayları ərzində Azərbaycanda 14 mln. tondan artıq xam neft istehsal olunub

Yanvar-aprel ayları ərzində Azərbaycanda 14 mln. tondan artıq xam neft istehsal olunub
# 15 may 2015 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda sənayenin mədənçıxarma bölməsində istehsalın həcmi 5 280,0 milyon manat olmaqla əvvəlki ilin yanvar-aprel aylarının səviyyəsini 3,9% üstələyib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin dörd ayı ərzində ölkədə 14 mln. 213,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin yanvar-aprel ayına nisbətən 0,4% çoxdur. Nəticədə bu ilin mayın 1-ə 288,6 min ton hazır məhsul ehtiyatı yaranıb.

 

Bunun 14,196 mln. tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 0,8% çoxdur.

 

Bu ilin dörd ayı ərzində ölkədə 9 764,3 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2014-cü ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,1% azdır. Bunun da 6 838,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR