Bank Of Baku

Yanvar-iyun aylarında “Şahdəniz” yatağından 5,4 mlrd. kubmetr qaz hasil edilib

Yanvar-iyun aylarında “Şahdəniz” yatağından 5,4 mlrd. kubmetr qaz hasil edilib
# 22 avqust 2016 11:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin birinci yarım ilində “Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına etibarlı şəkildə qaz çatdırılması üçün hasilatı davam etdirib.

 

APA-Economics”in “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, həmin dövr ərzində yataqdan 5,4 mlrd. standart kubmetr qaz və 1,3 mln. ton (təqribən 10 mln. barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 29,5 mln. standart kubmetr və ya ildə təqribən 10,8 mlrd. kubmetrdir.

 

Bu ilin birinci yarısı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 225 mln. dollar əməliyyat xərcləri və təqribən 1,87 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.

 

“Şahdəniz”də iştirak payları BP (operator – 28,8%), AzŞD (10%), “Cənub Qaz Dəhlizi Apstrim” (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (19%)  şirkətləri arasında bölünür. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR