Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 168 674,7 min dollar dəyərində 816 913,4 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.
Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 11,49% artıb.
Bu ilin altı ayında Gürcüstan Azərbaycandan 65 307,8 min dollar dəyərində 122 787,4 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% çoxdur.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 35,5% azdır.
Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 60,7%-i yanacaq qazı və digər qazlar, 23,5%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan Gürcüstana 277 884,6 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 5,66% azdır.