Bank Of Baku

Yanvarda Azərbaycan elektrik enerjisinin ixracını və ixracdan gəlirlərini artırıb

Yanvarda Azərbaycan elektrik enerjisinin ixracını və ixracdan gəlirlərini artırıb
# 17 fevral 2018 11:42 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan 2 mln. 566,47 min ABŞ dolları dəyərində 60 611,09 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 33 080,26 min kVt/saat və ya 2,20 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 1 mln. 183,39 min dollar və ya 1,85 dəfə çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvarında Azərbaycandan 1 mln. 383,08 min dollar dəyərində 27 530,83 min kVt/saat elektrik enerjisi ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 0,25%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR