Bank Of Baku

Yanvarda Azərbaycan təbii qaz ixracını 30% azaldıb

Yanvarda Azərbaycan təbii qaz ixracını 30% azaldıb
# 17 fevral 2018 10:52 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycan 22 mln. 727,85 min ABŞ dolları dəyərində 144 716,36 min kubmetr təbii qaz ixrac edib.

 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar ayı ilə müqayisədə 64 mln. 363,41 min kubmetr və ya 30,78% azdır. Məbləğ baxımından isə illik nisbətdə 4 260,7 min dollar və ya 15,79% azdır.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 26 988,55 min dollar dəyərində 209 mln. 079,77 min kubmetr təbii qaz ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar ayında təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 2,19%-ni təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR