Bank Of Baku

Yanvarda Azərbaycanda 4 mln. tona yaxın neft, 2 mlrd. əmtəəlik təbii qaz hasil edilib

Yanvarda Azərbaycanda 4 mln. tona yaxın neft, 2 mlrd. əmtəəlik təbii qaz hasil edilib
# 13 fevral 2015 11:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar ayında əvvəlki ilin yanvarına nisbətən Azərbaycanda sənaye məhsulu istehsalı 1,4% artıb və 1,8 mlrd. manat təşkil edib.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 58,1%-i istehsal olunmuş mədənçıxarma bölməsində 3,7 mln. ton neft, 1,8 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

 

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 30,2%-ni təşkil edib, içki, tütün məmulatlarının, kağız və karton, kimya, rezin və plastmas məmulatların, tikinti materiallarının, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının, avtomobil və qoşquların, sair nəqliyyat vasitələrinin və s. məhsulların istehsalında artım müşahidə edilib. İstehsal edilmiş sənaye məhsulunun 10,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 1,0%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

 

Ümumi sənaye istehsalının 88,8%-i malların (əmtəələrin), 11,2%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 71,5%-i özəl bölmədə istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR