Bank Of Baku

Yanvarda Azərbaycanda günəş enerjisi istehsalı 73% artıb

Yanvarda Azərbaycanda günəş enerjisi istehsalı 73% artıb
# 16 fevral 2018 07:49 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 176,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 0,2%-lik azalma müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 5,2% azalaraq 21,6 mln. manat təşkil edib.

 

Ötən ay ərzində Azərbaycanda 2 176,1 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 0,6% azdır.

 

Bunun 108,3 kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2017-ci ilin yanvar atının göstəriciləri ilə müqayisədə 6,6% azdır.

 

Bunun 1 977,4 kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə eyni səviyyədə 1,8% azdır.

 

Bu ilin yanvar ayı ərzində Azərbaycanda 1,5 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2017-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 7,1% çoxdur.

 

Bu ilin yanvar ayı ərzində ölkədə 1,9 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2017-ci ilin yanvara ayının göstəricisi ilə müqayisədə 72,7% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR