Bu ilin yanvar ayında Azərbaycan Gürcüstana 47 mln. 513,3 min ABŞ dolları dəyərində 219 min 353,3 ton qaz ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstan Statistika Xidmətinin açıqladığı statistikada qeyd edilib.
2016-cı ilin yanvar ayı ilə müqayisədə ixrac edilən qaz həcm baxımından 24 min 378,1 ton və ya 12,5% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə ixrac 7 mln. 635,3 min dollar və ya 19,14% çoxdur.
Qeyd edək ki, ötən ilin yanvar ayında Gürcüstandan Azərbaycana 39 mln. 878 min dollar dəyərində 194 min 975,2 ton yanacaq qazı və digər qazları ixrac edilib.