Bu ilin yanvar ayında OPEC + sazişin icra səviyyəsi 133% təşkil edib.
“APA-Economics”in “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə OPEC-in Neft hasilatının azaldılması ilə bağlı Monitorinq Komitəsinin iclasının nəticələri ilə bağlı yayılan açıqlamada bildirilib.
Qeyd edək ki, ötən il sazişin orta icra səviyyəsi 107% təşkil edib. Dekabr da isə bu rəqəm 129% təşkil edib.