Bank Of Baku

Zaqatalanın 5 kəndi qazlaşdırılıb

Zaqatalanın 5 kəndi qazlaşdırılıb
# 17 iyun 2015 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Zaqatala rayonunun Höytala,  Paşan, Maqov, Vöhtala və Yolayrıc kəndlərinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.

 

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, ümumilikdə 1 184 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 61 755 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 184 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR