“Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb

“Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb
# 24 avqust 2023 17:57 (UTC +04:00)

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüşüb.

Bu barədə “APA-Economics” Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir.

Məlumatda deyilir ki, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, qlobal enerji gündəliyindəki məsələlər müzakirə edilib.

Azərbaycanın həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, o cümlədən “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi”nin inkişafına dair fikir mübadiləsi aparılıb. Həmçinin ölkəmizin enerji keçidi istiqamətində gördüyü tədbirlər, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səyləri, “yaşıl enerji” texnologiyaları və təcrübə mübadiləsi üzrə əməkdaşlıq barədə danışılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR