“Türkiyəsiz Macarıstanın enerji təhlükəsizliyi yoxdur”.
APA xəbər verir ki, bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Budapeştdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, enerji təhlükəsizliyinin əsası Azərbaycanda çıxan təbii qazın Türkiyə vasitəsilə Mərkəzi Avropaya, o cümlədən Macarıstana nəql edilməsindədir.
Siyarto vurğulayıb ki, artıq bununla bağlı müzakirələr başlayıb.