Azərbaycanla Türkiyə təbii qaz boru xətləri vasitəsi ilə Asiya və Avropa arasında ticarət mərkəzinə çevrilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir Xəzər dənizindən keçən nəqliyyat və təbii qaz layihələrinin önəmini diqqətə çəkərək, türk dünyasının rolunun artmasını da vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə artıq Avropanın təbii qazla təmin edilməsində açar rol oynayır.