Bank Of Baku

Xırdalanda elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xırdalanda elektrik enerjisinin verilişində fasilə yaranacaq
# 15 iyul 2025 16:17 (UTC +04:00)

Bu gün Xırdalanda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "APA-Economics"ə verilən məlumata görə, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq. Bununla əlaqədar olaraq saat 16:30-dan 17:30-dək Xırdalan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR