Cari ilin yanvar ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 598 min barel olub.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunun 474 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.
Məlumata görə, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilib. Razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir (kondensata aid deyil - red.).
Beləliklə, Azərbaycan yanvar ayında "OPEC+" çərçivəsində kvotasından 77 min barel geridə qalıb.