Bank Of Baku

"Yaşıl Enerji Zonası” Konsepsiyası hökumətə təqdim olunub

"Yaşıl Enerji Zonası” Konsepsiyası hökumətə təqdim olunub
# 15 fevral 2022 12:31 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” yaradılmasına dair ölkə Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə “İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiya sənədi hazırlanaraq Hökumətə təqdim olunub.

Bu barədə “APA-Economics”in Energetika Nazirliyinin 2021-ci ilin nəticələrinə həsr olunmuş hesabata istinadən xəbər verir.

Hesabata əsasən, konsepsiya çərçivəsində əhalinin məskunlaşması və iqtisadi inkişaf ssenarilərindən asılı olaraq enerji təchizatı variantları dəyərləndirilmişdir. Bundan əlavə olaraq, ərazinin enerji potensialı nəzərə alınmaqla tətbiq ediləcək müxtəlif yaşıl texnologiyalar üzrə təhlillər aparılıb.

Qeyd olunur ki, konsepsiya çərçivəsində müəyyən edilərək təklif edilmiş ssenari üzrə daha təfsilatlı təhlil və təklifləri özündə əks etdirəcək Baş Plan sənədinin 2022-ci ilin birinci yarısında hazırlanması nəzərdə tutulur.

Hesabata görə, “Yaşıl enerji zonası”nın yaradılması dair tapşırığın icrası çərçivəsində, işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpa olunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə, habelə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının (KSES) tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz “yaşıl” enerji layihələrinə üstünlük verilir. İlkin qiymətləndirməyə əsasən, ərazinin günəş enerjisi potensialı 7200 MVt və külək enerjisi potensialı 2000 MVt olaraq müəyyən edilib.

KSES-lərin tədqiqi üçün Qubadlı, Laçın, Kəlbəcər rayonlarına təşkil edilmiş çoxsaylı ekspedisiyalarda işğaldan azad edilmiş (o cümlədən sülhməramlıların yerləşdirildiyi ərazilər də daxil olmaqla) ərazilərdə 156 MVt-ı (41 ədəd) KSES-ləri olmaqla ümumilikdə gücü 241,3 MVt olan 45 stansiya müəyyən olunmuşdur. Məlum olub ki, 34 stansiyanı işğalçılar əraziləri tərk edərkən yararsız hala salmışdır. KSES-lə bağlı əksər stansiyaların su qəbuledici hissəsi, generator binasının koordinatları və müvafiq olaraq su basqısının hesablanması üçün hündürlük fərqləri müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR