Bank Of Baku

“Yaşıl enerji” zonasının qurulması karbon emissiyalarının azaldılmasında əhəmiyyətlidir

“Yaşıl enerji” zonasının qurulması karbon emissiyalarının azaldılmasında əhəmiyyətlidir
# 03 noyabr 2022 12:19 (UTC +04:00)

İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər təkcə bərpa olunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti təşviq edir.

"APA-Economics" xəbər verir ki, bunu “Prezident İlham Əliyevin rəhbərliyilə postkonflikt modeli” mövzusunda konfransda çıxışı zamanı energetika naziri Pərviz Şahbazov deyib.

“Yəni, enerjinin ötürülməsində, paylanmasında ən effektli və "ağıllı'' sistemlərdən, istilik, soyutma və isti su təchizatında, həmçinin küçə və yolların işıqlandırılmasında “yaşıl” texnologiyalardan, elektrik nəqliyyat vasitələrindən istifadə, elektrik doldurma məntəqələrinin, tikililərin damında günəş panellərinin quraşdırılması, enerji səmərəliliyi kimi çoxşaxəli məsələlər əhatə olunur”, - nazir qeyd edib.

Onun sözlərinə görə, Zəngilanda “Ağıllı kənd” layihəsi “yaşıl enerji” konsepsiyasına uyğun olaraq bərpa olunan enerji mənbələrindən istifadə edilməklə və enerji səmərəliliyi tələbləri nəzərə alınmaqla həyata keçirilməkdədir.

"Bu gün bütün səylərimiz bu innovativ təcrübənin geniş tətbiqinə, azad edilmiş ərazilərimizi enerji səmərəliliyində nümunəvi bölgəyə çevirməyə səfərbər olunub. Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə karbon emissiyalarının 40% azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir", - nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR