“Yanvarın 1-nə Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokda quyu fondu 142 quyu olub”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.
O bildirib ki, köhnə yataqların işlənməsində bu şirkət müvəffəqiyyət qazanıb: “SOCAR-ın müasir çağırışlara cavab verən kriteriyalarına podrarçı şirkət cavab verib. “GL İnternational LTD” MMC Azərbaycanda yeni şirkətdir. Bu sazişdə neftin qiymətinin 80 dollar səviyyəsində təyin olunması bizim maraqlarımıza tam cavab verir”.