Zakir İbrahimov: Ötən il qızıl satışı həcmində 7% artım qeydə alınıb

Zakir İbrahimov: Ötən il qızıl satışı həcmində 7% artım qeydə alınıb
# 30 yanvar 2024 11:53 (UTC +04:00)

“AzerGold” üzrə 2023-cü ildə yerli və beynəlxalq bazarlarda ümumilikdə 68.1 min unsiya qızıl və 119,8 min unsiya gümüşün satışı həyata keçirilib. 2022-ci illə müqayisədə ötən il ümumi qızıl satışı həcmində 7 faiz artım qeydə alınıb.

APA-Economics”in xəbərinə görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Z. İbrahimov bildirib ki, qeyd edilən ümumi satış həcmindən qızıl üzrə 62.1 min unsiya, gümüş üzrə isə 90.8 min unsiya beynəlxalq bazarlarda realizə edilib: “Daxili bazarın tələbatına uyğun olaraaq xammal və hazır məhsul formasında 6 min unsiya qızıl, 29.1 min unsiya gümüşün satışı həyata keçirilib. Beləliklə, 2017-2023-cü illərdə ümumi satış göstəriciləri 416 min unsiya qızıl, 853 min unsiya gümüş təşkil edib”.

Zakir İbrahimov qeyd edib ki, cari ildə hasilat proqnozu ötən illə müqayisədə 9 faiz daha artıq olmaqla 70 min unsiya qızıl, 27% daha artıq olmaqla 156.8 min unsiya gümüş təşkil edir.

“Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 232.8 milyon manat məbləğində gəlir əldə edilib. 2022-ci illə müqayisədə ümumi satış gəlirlərində 15% artım qeydə alınıb. Bu vəsaitin 210.1 milyon manatını ixrac, 22.7 milyon manatını daxili satış gəlirləri təşkil edir. İxrac gəlirləri 2022-ci illə müqayisədə 11%, yerli bazarda satış gəlirləri isə 81% artıb. 2023-cü ildə qiymətli məhsulların ümumi satışlarından əldə edilmiş gəlirlərin 97.9%-i məhz qızılın satışı nəticəsində əldə edilib. Bununla, 2017–2023-cü illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş ümumi gəlir isə 1.19 milyard manat olub”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR