Bank Of Baku

Ziyad Səmədzadə: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib

Ziyad Səmədzadə: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib
# 13 iyun 2023 12:07 (UTC +04:00)

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkəyə çevrilib.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Azərbaycan Memarlıq və İnşaat Universitetində təşkil olunmuş “İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası: hədəflər və istiqamətlər” mövzusunda beynəlxalq elmi konfransı zamanı bildirib.

Onun sözlərinə görə, ölkənin strateji valyuta ehtiyyatları artıq 70 mlrd. Dollara çatıb.

Akademik qeyd edib ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan borc götürən ölkədən, borc verən ölkəyə çevrilir.

Ziyad Səmədzadə onu da əlavə edib ki, Azərbaycanın imkanları işğaldan azad edilmiş ərazilərin bərpasına mühüm tövhə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR