Serbiya birləşdirici kəmərləri (interkonnektorlar) vasitəsilə Azərbaycan qazının tədarükü imkanlarına baxılır və müzakirə edilir.
"APA-Economics" xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edən Serbiyanın Baş nazirinin müavini və dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç bildirib.
Onun sözlərinə görə, Serbiya qaz tədarükündə 100% Rusiyadan asılıdır, lakin alternativ mənbələrin əldə edilməsində maraqlıdır. Bu istiqamətdə interkonnektorların inkişafı vacibdir.
Zorana Mixayloviç əlavə edib ki, ölkə kömürdən istifadəni azaltmaq istəyir və elektrik enerjinin istehsalında digər mənbələrin istifadəsində maraqlıdır.
Zorana Mixayloviç qeyd edib ki, hazırda ölkədə alternativ enerjinin ümumi istehsalda həcmi 3,2% səviyyəsindədir və bu göstəricinin 2040-cı il üçün 40%-a çatdırılması nəzərdə tutulub.