Sabahdan Azərbaycanda havanın temperaturu yüksələcək

Sabahdan Azərbaycanda havanın temperaturu yüksələcək
# 31 mart 2016 10:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Aprelin 1-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, günün birinci yarısında çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR