Səudiyyə Ərəbistanı OPEK-in neft hasilatına dair razılaşma əldə edəcəyinə ümid edir

Səudiyyə Ərəbistanı OPEK-in neft hasilatına dair razılaşma əldə edəcəyinə ümid edir
# 23 oktyabr 2016 09:26 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEK-in noyabrın sonlarında keçiriləcək toplantısında neft istehsal edən ölkələrin ümumi razılığa gələcəyinə ümid edir.

APA-nın “RİA Novost”i agentliyinə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının energetika naziri rusiyalı həmkarı Aleksandr Novakla görüşdə deyib ki, Səudiyyə Ərəbistanı neft bazarının stabilləşdirilməsi niyyətindədir və Səudiyyə Ərəbistanı ilə Rusiyanın bəyan etdiyi mövqe neft bazarı üçün müsbət mesajdır.

Qeyd edək ki, OPEK-in sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə neft hasilatının gündəlik 32,5-33 milyon barel həcmində məhdudlaşdırılması razılaşdırılıb. Lakin hər bir ölkə üçün konkret limitə dair razılaşma hələ əldə olunmayıb. Yekun qərar OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi toplantısında qəbul edilməlidir. OPEK neft bazarında stabilləşmə ilə bağlı tədbirlərə Rusiya, Azərbaycan və digər neft hasil edən ölkələrin də qoşulmasını istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR