Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” müsabiqəsinə nə qədər vəsait xərclədiyi açıqlanıb

Azərbaycanın “Eurovision-2010” müsabiqəsinə nə qədər vəsait xərclədiyi açıqlanıb
# 03 iyun 2010 12:19 (UTC +04:00)
Bu ötən il xərclənmiş vəsaitdən 30 faiz azdır. APA-nın məlumatına görə, bunu “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. Onun sözlərinə görə, bu il Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil edən Səfurə Əlziadənin promosuna, iştirakına, xoreoqrafiya və şouya ümumilikdə 1 milyon 560 min manat xərclənib: “Heç bir iştirakçı ölkə təmsilçiliyinə xərclənən pulun məbləği açıqlanmır. Bu il Azərbaycanın 10 milyon manat xərcləməsi barədə verilən məlumatlar isə düzgün deyil. Biz bu məbləği açıqlamamışıq. Sizin də bizim özümüzdən bu büdcə barədə eşitməyiniz lazımdır və biz bunu açıqladıq”.

A.Kərimli bildirib ki, builki müsabiqədə Azərbaycan nümayəndəsinin iştirakının üç sponsoru olub. Baş sponsorluğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həyata keçirib: “Büdcənin bir hissəsi isə İTV-nin öhdəsinə düşür”.
Onun sözlərinə görə, digər iki sponsorun adı açıqlanmır. A. Kərimli onu da deyib ki, xərclənən 1 milyon 560 min manat vəsaitin böyük bir hissəsini sponsorlar ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR