Bakıda Türkiyənin ASELSAN şirkətinin yeni texnologiyalarının təqdimatı keçiriləcək

Bakıda Türkiyənin ASELSAN şirkətinin yeni texnologiyalarının təqdimatı keçiriləcək
# 07 noyabr 2011 08:20 (UTC +04:00)
Bakı – APA. Bakıda Türkiyənin ASELSAN şirkətinin yeni texnologiyalarının təqdimatı keçiriləcək. APA-nın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri və digər güc strukturları üçün təşkil olunacaq sərgidə ASELSAN istehsalı olan son texnologiyaların nümayiş etdirilməsi planlaşdırılır.

Burada «Atlas» adlı xəritə və GPS-i özündə birləşdirən əl radiostansiyaları, stasionar rabitə vasitələri, sonar sistemləri, sensorlar, sərhəd mühafizəsində tətbiq edilən sistemlər, həmçinin bir sıra komandalı silah sistemlərinin yer alacağı bildirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR