Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin həyata keçirilməsi ilə bağlı təlim keçirilib

Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin həyata keçirilməsi ilə bağlı təlim keçirilib
# 02 dekabr 2011 15:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihənin həyata keçirilməsinə hazırlıq məqsədilə təlim keçirib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə pilot layihənin həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondunda (DSMF) və Sumqayıt Şəhər İcra Hakimiyyətində qulluq keçən dövlət qulluqçuları üçün nəzərdə tutulub.

Pilot layihənin keçirilməsində məqsəd dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sisteminin tətbiqi ilə bağlı təcrübə əldə etmək, qiymətləndirilmə sistemi təkmilləşdirmək və bütün dövlət orqanları üçün tətbiqinə nail olmaqdır.
İlk təlimlər noyabrın 28-dən dekabrın 2-dək komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov tərəfindən DSMF-nın mərkəzi aparatında qulluq keçən dövlət qulluqçuları üçün keçirilib.

Təlimlərdə şöbə, sektor müdirləri, dövlət qulluqçuları və kadr qurumunun işçiləri iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR