Bank Of Baku

Astara rayon sakininin həyətyanı sahəsində tarixi abidə aşkarlanıb

Astara rayon sakininin həyətyanı sahəsində tarixi abidə aşkarlanıb
# 23 noyabr 2012 00:07 (UTC +04:00)

 

Astara. Ağəddin Babayev – APA. Azərbaycanın Astara rayonunun Maşxan kəndində İbadovlar ailəsinə məxsus fərdi həyətyani torpaq sahəsində tarixi abidə aşkarlanıb.  APA-nın Cənub bürosunun məlumatına görə, ailənin kiçik oğlu Turab İbadov bir neçə gün öncə həyətyani sahədə ağac əkmək istəyərkən, qəfildən torpaq çöküb və çöküntünün alt qatında kərpiclər üzə çıxıb. Torpağın altında kərpiclərin aşkarlanmasından heyrətlənən Turab qazıntını  davam etdirib. Nəticədə qazılan ərazidə iki metr dərinlikdə kərpic kürəsinə bənzər yer aşkarlanıb. Yerli tarixçilər əraziyə baxış keçirərək burada qədim zamanlarda kərpic kürəsinin və ya dulusçuluq sexinin fəaliyyət göstərdiyi qənaətinə gəliblər.

Ailənin ağsaqqalı, 80 yaşlı  Müqabil kişi isə yaşadığı həyətdə indiyədək bu cür hadisə ilə rastlaşmadığını bildirib. Onun sözlərinə görə,  qədim abidə barədə ata - babalarından da heç nə eşitməyib.

Tapıntının mütəxəssislər  tərəfindən tədqiq olunmasını arzu edən İbadovlar ailəsinin qənaətincə, bunun təkcə Maşxan  kəndi deyil, ümumilikdə  Astara rayonu üçün tarixi əhəmiyyəti ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR