Gürcüstan prezidenti baş nazir Bidzina İvanişvilinin BTQ layihəsi barədə etirafına münasibət bildirib

Gürcüstan prezidenti baş nazir Bidzina İvanişvilinin BTQ layihəsi barədə etirafına münasibət bildirib
# 28 dekabr 2012 01:09 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan prezidenti Mixail Saakaşvili Bakı-Tiflis-Qars dəmiryolu (BTQ) layihəsinə görə baş nazir Bidzina İvanişvilini tənqid edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, gürcü ali məktəblərinin tələbələri ilə görüş zamanı prezident baş nazirin Bakıya səfəri zamanı açıq etirafına münasibət bildirib. “Baş nazir Bakıya səfərə getdi və orada bəyanat verdi ki, onun BTQ layihəsi barədə bəyanatı tələsik verilib və səfər zamanı o bu bəyanatı təkzib edib və sözlərini geri götürüb. Baş nazirin üç gün bundan əvvəl Tiflisdə vacib bir məsələ barədə verdiyi bəyanat ölkədə xaos və inamsızlıq yarada bilər,” Saakaşvili görüşdə bildirib.

Prezident Su Elektrik Stansiyalarının tikintisinin dayandırılmasına da etirazını bildirib: “Bu tikintilərin dayandırılması 20 min nəfəri işsiz qoya bilər. Gürcüstan yenə Rusiyadan asılı vəziyyətə düşə bilər.”

Qaz tarifinin aşağı endirildiyini bildirən prezident Saakaşvili bu endirimin cəmiyyət üçün əhəmiyyət kəsb etmədiyini bildirib.

Prezidentin fikirincə, belə bəyanatlar ölkəyə sərmayə yatırmaq istəyən iş adamlarını şübhəyə salır. “Onlar Gürcüstan iqtisadiyyatına sərmayə yatırmaq istəmirlər. Bu da ölkə iqtisadiyyatına zərbə vurur,” Saakaşvili bildirib.

Qeyd edək ki, Bidzina İvanişvili “Gürcüstanda qaz tarifinin azaldılması problemi Azərbaycana aid deyil” bəyanatını Tiflisdə jurnalistlərlə keçirdiyi mətbuat konfransında bəyan edib. Baş nazir bildirib ki, “ölkə daxilində qaz tarifinin azaldılması problemini həll edə bilməsək, bu, Azərbaycana aid deyil: “Bu, bizim problemdir,” İvanişvili bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR