Ramil Usubov Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində olub

Ramil Usubov Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində olub
# 03 yanvar 2013 09:31 (UTC +04:00)

Bakı-APA. Yanvarın 2-də Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların Bakıdakı "N" saylı hərbi hissəsində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nazir zabit və əsgərlərin xidmət və məişət şəraiti ilə, həmçinin hərbi hissənin döyüş hazırlığı ilə yaxından tanış olub.


R. Usubov yeni inşa edilən helikopter meydançasında və anqarlarda aparılan tikinti işləri ilə də maraqlanıb.

Daha sonra daxili işlər naziri Ramil Usubov və nazir müavini, Daxili Qoşunların Komandanı Zakir Həsənov bayram süfrəsi arxasında şəxsi heyətlə və əsgər valideynləri ilə birlikdə nahar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR