“Dördgünlük müharibə”: Dəyişən status-kvo, Ermənistanın əleyhinə pozulan tarazlıq - TƏHLİL

dordgunluk muharibe deyisen status kvo ermenistanin eleyhine pozulan tarazliq tehlil

Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasının dörd günü arxada qaldı. Şərti olaraq “Dördgünlük müharibə” adlandıra biləcəyimiz bu proseslərin siyasi, hərbi, psixoloji nəticələri həddən artıq çoxdur. Əsas nəticə isə budur - Azərbaycan işğal altında olan ərazilərinin bir hissəsinə nəzarəti bərpa edib. Status-kvo qismən dəyişdirilib, münaqişə tərəflərinin hərbi, siyasi, psixoloji üstünlükləri baxımından tarazlıq ciddi şəkildə pozulub və Ermənistanın lehinə ciddi bir disbalans yaranıb. Bu disbalansın yaranmasına səbəb “Dördgünlük müharibə”dən sonra Azərbaycanın əldə etdiyi hərbi-psixoloji üstünlüklərdir.

 

Hərbi üstünlüklər. Atəşkəs sazişi imzalandıqdan keçən 22 il ərzində Azərbaycan ilk dəfə olaraq işğal altında olan ərazilərinin bir qisminə nəzarəti yenidən bərpa edə bilib. Üç strateji yüksəkliyin nəzarətə götürüldüyü və iki kəndin tamamilə işğaldan azad etdiyini rəsmən açıqlanıb. Bundan başqa işğaldan azad edilən ərazilərin daha böyük olduğuna dair hələlik rəsmən təsdiqlənməyən iddialar da var. Ermənistan rəsmən azad edildiyi açıqlanan ərazilərin geri qaytarıldığını iddia etsə də, bu iddiasını təsdiqləyən görüntülər yaya bilmir. Eyni zamanda Ermənistan prezidenti Serj Sərkisyanın ATƏT-ə üzv ölkələrin səfirləri ilə görüşdə Azərbaycan Ordusunun iki istiqamətdə cəbhənin içərilərinə keçdiyini etiraf etməsi də Azərbaycanın daha bir psixoloji üstünlüyü sayıla bilər.

 

Hərbi nöqteyi-nəzərdən daha bir üstünlük ondan ibarətdir ki, nəzarətin bərpa edildiyi yüksəkliklər stratejidir. Bu situasiyanı hərbi ekspertlər daha yaxşı şərh edər, amma işğal zonasının coğrafiyasına dair adi bilgilər və məntiq onu göstərir ki, strateji yüksəklikləri əldən verən düşmən daha çox geri çəkilməlidir. Buna görə dördgünlük müharibənin nəticələrinə dair təhlillərdə Azərbaycan qrafasının qarşısına yazılan daha bir “+” işarəsi yazmaq olar.

 

 

Psixoloji üstünlüklər. Psixoloji kontekstdə üstünlüklərimizdən biri ordunun döyüş qabiliyyətinə inamın təsdiqlənməsidir. Həmçinin torpaqların işğaldan adam edilməsinin illərlə çəkə biləcəyi ilə bağlı daşlaşan stereotiplər tamamilə dağıldı. Artıq hər kəs (o cümlədən Ermənistan cəmiyyəti) “Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir” fikrinin həqiqət olduğuna inanır. Bu amil cəmiyyətin əhval-ruhiyyəsinə də pozitiv təsir edib. İctimai təfəkkür artıq münaqişənin həllində hərbi və siyasi həmlələrin bir-birini tamamlamasının zəruriliyini daha yaxşı anlayır.

 

Sosial təzahürlər. İnsanların bu dörd gün ərzində davranışlarının təhlili mühüm bir faktor meydana çıxarıb: ümummilli məsələlərdə siyasi, dini, irqi mənsubiyyətindən asılı olmayaraq cəmiyyət məqsəd ətrafında sıx birləşməyi bacarır. Avqust əməliyyatları ilə müqayisədə insanların vətəndaş məsuliyyətini daha aydın dərk etməsini də nəzərdən qaçırmaq olmaz. Sosial şəbəkələrdə fəaliyyət, ən müxtəlif platformalarda gedən informasiya müharibəsinə dəstək verilməsi, xüsusi hastagların yaradılması, dövlətçilik maraqlarına uyğun materialların paylaşılması, erməni forumlarında aktiv təbliğat - bu dəfə iş artıq fərdlər səviyyəsində deyil, toplum səviyyəsində aparılıb. Erməni sosial diversiya qruplarının “Facebook” və “Twitter”də fəaliyyətinin əvvəlki effekt verməməsinin səbəblərindən biri də bu sayılmalıdır. Könüllü olaraq cəbhəyə getmək üçün Səfərbərlik Xidmətinə müraciətlərin sayının hər gün həndəsi silsilə ilə artması, digər ictimai təşəbbüslərin genişlənməsi, şəhid dəfnlərində kütləvilik, eyvanlardan, evlərin damından, maşınlardan Azərbaycan bayraqlarının asılması da hərbi uğurların cəmiyyətə təsirinin nəticələrindən yalnız bir qismidir.

 

Status-kvonun dəyişməsi. Şərti olaraq “Dördgünlük müharibə” adlandırdığımız prosesin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə təsirinə gəldikdə, bu təsir Azərbaycanın maraqları baxımından pozitiv olacaq.

 

Birincisi, Azərbaycan danışıqlar prosesinə  indiyədək “baqajında” olan hüquqi və siyasi üstünlüklərin üzərinə hərbi üstünlük əlavə edərək əyləşəcək.

 

İkincisi, beynəlxalq birlik baş verən proseslərdə Azərbaycanın mövqeyini açıq şəkildə dəstəkləyib. Beynəlxalq qurumların rəhbərlərinin açıq mətnlə Ermənistanı öz qoşunlarını işğal zonasından çıxarmağa çağırması nəzərdən qaçmamalıdır. Münaqişədə dolayı yolla Ermənistanın maraqlarını müdafiə edən ölkələr belə “dördgünlük müharibə”ni dəyərləndirən zaman balansı qorumağa çalışıb. Bu, həm də “surprise attack”a verilən dolayı dəstəkdir və bu dəstək rəsmi Bakının danışıqlarda üstünlüyünü daha da artırmış olacaq.

 

Üçüncüsü, indiyədək səsləndirilən, hərbi əməliyyatların nəticələri münaqişənin yalnız sülh yolu ilə həllinin mümkünlüyünə dair doqmatik fikirlərin dəyişməsinə səbəb olacaq. İstər regionda maraqları olan qüvvələr, istər həmsədr ölkələr problemi dəyərləndirərkən proseslərin hər zaman nəzarətdən çıxa biləcəyi gerçəyini qəbul etmiş olacaqlar. Yəni, artıq münaqişənin həll ssenariləri sırasına avtomatik olaraq hərbi yolla həll variantı da əlavə olunur. Konfliktə baxışda indi və bundan sonra bu amil mütləq nəzərə alınacaq.

 

Dördüncüsü, baş verənlər münaqişədə mövcud status-kvonun sonsuzadək saxlanması ssenarisinin üstündən birdəfəlik xətt çəkmiş olub. Artıq bütün regional və beynəlxalq aktorlar anlayır ki, münaqişənin eskalasiyası üçün ən yaxın yol elə status-kvonun saxlanmasıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi dəyişiklik baş verməsə, Azərbaycan bu status-kvonu dəyişmək hüququnu özündə saxlayır və buna qadir olduğunu “dördgünlük  müharibə”də nümayiş etdirə bilib.

 

Beşincisi, hakimiyyətlərə münaqişənin həll mandatını verən yerli cəmiyyətlərdir. “Dördgünlük müharibə”nin nəticələri Azərbaycan və Ermənistanda toplumun Qarabağ məsələsində hakimiyyəti hansı formada dəstəklədiyini ortaya qoydu. Təkcə hər iki ölkədə hərbçilərin dəfn mərasimlərinin müqayisəsi bunu görməyə imkan verir.

 

Altıncısı, “Dördgünlük müharibə” Ermənistan hakimiyyətinin daxili siyasətdə Dağlıq Qarabağ münaqişəsi ilə manipulyasiya etmək imkanlarını daha da zəiflədib. İtkilərin sayının çox olması və işğal etdiyi ərazilərin bir hissəsinə nəzarəti əldən verməsi Sərkisyan iqtidarının həm daxili, həm də xarici dəstəyini (lobbi səviyyəsində) mütləq azaldacaq. Digər tərəfdən Sərkisyanın siyasi dəstəyinin azalması erməni müxalifəti üçün bir fürsət sayıla bilər. Bu fürsətin dəyərləndirilməsi nəticəsində ölkədə stabilliyin pozulması ehtimalı artır. 

 

Vüqar Hüseynov, APA Analitik Mərkəzinin rəhbəri

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ