Azərbaycan Sahibkarlar Konfederasiyası iqtisadi qanunvericiliklə bağlı təkliflər hazırlayacaq

Azərbaycan Sahibkarlar Konfederasiyası iqtisadi qanunvericiliklə bağlı təkliflər hazırlayacaq
# 13 fevral 2014 07:14 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Maliyyə institutları ilə iş üzrə daimi komissiyasının nəzdində yaradalmış Hüquq məsələləri üzrə İşçi Komissiyasının ilk iclası keçirilib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, iclasda Hüquq məsələləri üzrə İşçi Komissiyasının sədri, «Paşa Bank» ASC-nin nümayəndəsi Anar Kərimov, komissiyanın üzvləri – ASK-nın nümayəndəsi Tapdıq Osmanov, «Rabitəbank» ASC-nin nümayəndəsi Mürsəl Bədəlov, «Ata Holding» ASC-nin nümayəndəsi Qorxmaz Ağayev, «Xalq Bank» ASC-nin nümayəndəsi Röyam Hüseynzadə, Maliyyə institutları ilə iş üzrə daimi komissiyasının icra katibi, «Paşa Bank»ın nümayəndəsi Gülər Paşayeva iştirak ediblər. Bundan başqa, iclasa Mərkəzi Bankın nümayəndəsi Ələkbər İsmayılzadə, ASK-nın baş katibi Natəvan Məmmədova və Konfederasiyanın nümayəndəsi Faiq Səmədov, «Paşa Bank»ın nümayəndəsi Şirin Əliyeva, «YapıKredi Bank Azərbaycan» QSC-nin nümayəndəsi Teymuraz Əmirov, «Unibank» ASC-nin nümayəndəsi Samir Balayev dəvət olunublar.

İclasda İşçi Komissiyasının qarşısında duran məsələlərin ilkin müzakirəsi aparılıb, iş planı tərtib edilib. Bundan başqa, vergi, ipoteka və digər qanunvericilik sahələri üzrə ayrı-ayrı məsələlər barəsində geniş müzakirələr aparılıb, fikir mübadiləsi nəticəsində bir sıra məqamlar barəsində razılığa gəlinib. Həmçinin, iclasda vurğulanıb ki, İşçi Komissiyasının yekun təklif və rəylərinin fevral ayının sonunadək hazırlanması məqsədə uyğun hesab olunub.

İclas iştirakçıları tərəfindən hazırlanacaq təkliflərin müzakirə edilmə məqsədilə İşçi Komissiyasının növbəti iclasının fevralın 21-də keçirilməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR