Azərbaycanda iki nəfər hündürlükdən yıxılaraq ölüb

Azərbaycanda iki nəfər hündürlükdən yıxılaraq ölüb
# 14 oktyabr 2013 10:44 (UTC +04:00)

Bakı. Fuad Cəfərov –APA. Bakıda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 9-da Binəqədi rayonu H. Babaşov küçəsindəki 9 mərtəbəli binada təmir işləri aparan Zaqatala rayon sakini Nurbəy Şabanov 9-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Digər hadisə isə Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb. Oktyabrın 12-də qəsəbə ərazisindəki Gənclər Şəhərciyində tikilməkdə olan binada, orada işləyən Asəf Ələkbərov ehtiyatsızlığı nəticəsində 4-cü mərtəbədən yıxılaraq ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR