Kobanidə “İŞİD” və kürd qüvvələri arasında yenidən döyüşlər başlayıb

Kobanidə “İŞİD” və kürd qüvvələri arasında yenidən döyüşlər başlayıb
# 08 oktyabr 2014 03:12 (UTC +04:00)

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb.

Qısa fasilədən sonra güclü döyüşlər eyni vaxtda şəhərin şərq, qərb və cənub istiqamətlərində başlayıb. Kürd döyüşçüləri şəhərin bir hissəsinin terrorçuların nəzarətinə keçməsi barədə xəbərləri təkzib edirlər. Onların sözlərinə görə, qızğın döyüşlər şəhərin ətrafında gedir, burada yalnız ayrı-ayrı tikililər terrorçuların nəzarətinə keçib. Telekanalın məlumatına əsasən, kürd özünümüdafiə qüvvələri ötən gecə 35 terrorçu məhv edib.

Türkiyə hakimiyyəti, öz növbəsində, Kobanidəki vəziyyətlə əlaqədar Suriya ilə sərhəddə ordu birləşmələrini gücləndirir. Sərhəd zonaya çoxlu sayda tank və zirehli texnika cəmləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR