«Unibank» plastik kartların təhlükəsizliyini gücləndirir

«Unibank» plastik kartların təhlükəsizliyini gücləndirir
# 03 dekabr 2013 09:04 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Unibank» ASC və «MilliKart» Prosessinq Mərkəzi tərəfindən birgə hazırlanan yeni «Verified by Visa» layihəsi plastik kartla internet vasitəsilə aparılan ödənişlərin təhlükəsizliyini təmin edəcək. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bankın məlumatında deyilir.

Bu layihə kartı hər cür dələduzluq və fırıldaqçılıq hallarından müdafiə edir. «Verified by Visa» debet və kredit kartlarında əlavə olaraq təhlükəsizliyi artırmaq və müştərinin ikili qeydiyyat yoxlanışını təsdiq etmək üçün göstərilən xidmət növüdür. Bu xidmət hələ yalnız «Visa» kartlarına aiddir. «Verified by Visa» xidmətindən istifadə edən müştəri internetdə hər dəfə ödəniş edərkən əlavə olaraq ödənişi təsdiqləmək üçün sistemdən qeydiyyatdan keçdiyi zaman özünün qeyd etdiyi parolu daxil etməlidir. Əgər müştəri öz kartını əvvəlcədən qeydiyyatdan keçirməzsə, bu zaman əməliyyat təhlükəsiz sayılmır və məsuliyyət kart sahibinin üzərinə düşür.

Bu təhlükəsizlik xidmətindən istifadə üçün müştərilər https://signup3d.millikart.az saytında qeydiyyatdan keçməlidirlər. «Verified by Visa» xidmətinə keçidlə bağlı müştərilər SMS vasitəsi ilə məlumatlandırılır. Xidmətə qoşulmaq qaydaları ilə www.unibank.az/az/private-clients/plastic-cards/3d-enrollment linkində tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR