Qubada Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurası və “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda Respublika Elmi Konfransı keçirilib - FOTO

Qubada Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurası və “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda Respublika Elmi Konfransı keçirilib - <span style="color: red;">FOTO
# 06 iyun 2014 16:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurası və “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda Respublika Elmi Konfransı keçirilib. Tarix İnstitutunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonaqlar Abbasqulu Ağa Bakıxanovun Amsar kəndində yerləşən ev muzeyini ziyarət ediblər.

Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, professorlar Kərim Şükürov, Camal Mustafayev, Nərminə Əmirbəyova, Tofiq Mustafazadə və başqaları Abbasqulu Ağa Bakıxanovun həyatı və fəaliyyəti, onun tarix elminin inkişafındakı rolu haqqında nitq söyləyiblər.

Konfransda Abbasqulu Ağa Bakıxanovla bağlı slayd nümayiş etdirilib, kitab sərgisi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR