Prokuror qətl və soyğunçuluqda təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror qətl və soyğunçuluqda təqsirləndirilən şəxsə cəza istəyib
# 25 may 2015 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə və soyğunçuluqda təqsirləndirilən Yarəli Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Proses iyunun 1-də davam edəcək.

Qeyd edək ki, Y. Dadaşov münaqişə zəminində tanışı Röyal Səfərovu qətlə yetirib. Daha sonra onun üzərində olan pulu götürərək qaçıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR