Rusiya DİN-i Orxan Zeynalovu saxlanılmasına kömək edən şəxsə 1 milyon rubl mükafat verəcək

Rusiya DİN-i Orxan Zeynalovu saxlanılmasına kömək edən şəxsə 1 milyon rubl mükafat verəcək
# 15 oktyabr 2013 23:03 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin nümayəndəsinin açıqlamasında deyilir.

“DİN-in Moskva üzrə Baş İdarəsinin rəisi Anatoliy Yakunin mükafatın vətəndaşa verilməsi ilə bağlı bütün lazımi sənədləri Rusiyanın daxili işlər nazirinə təqdim edəcək”, deyə mənbə bildirib.

Qeyd edək ki, Rusiya paytaxtında kütləvi iğtişaşlarla nəticələnən 25 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov ötən gün axşam saatlarında Moskva ətrafı vilayətdə, Kolomna şəhərində saxlanılaraq vertolyotla Moskvaya gətirilib.

Son məlumata görə, Orxan Zeynalov artıq qeyri-rəsmi qətl törətdiyini etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR