Məhkumdan mobil telefon götürülüb

Məhkumdan mobil telefon götürülüb
# 15 noyabr 2013 10:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.2; 234.4.3; maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Əli oğlu Məmmədovun üzərinə baxış keçirilib. Bu zaman belinə bağladığı belliyinin içindən 1 ədəd “Nokia-X2” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR