Livanın Arsal şəhəri raket zərbəsinə məruz qalıb: 7 nəfər ölüb

Livanın Arsal şəhəri raket zərbəsinə məruz qalıb: 7 nəfər ölüb
# 17 yanvar 2014 15:15 (UTC +04:00)

Bakı – APA. Livanda raket atəşi nəticəsində 7 nəfər ölüb.

APA – nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Arsal şəhərində baş verib.

Livan ordusunun nümayəndələri bəyan edib ki, raketlər Suriya ərazisindən atılıb. Lakin Arsal şəhərinin meri iddia edir ki, raketlər “Hizbullah”ın nəzarət etdiyi ərazidən atılıb.

Qeyd edək ki, Arsalda minlərlə suriyalı qaçqın məskunlaşıb. Bəzi məlumatlara görə, burada yaşayan qaçqınların böyük əksəriyyəti Bəşər Əsəd ordusuna qarşı döyüşən üsyançıları dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR