Bakıda yaşayış evində silah-sursat aşkarlanıb

Bakıda yaşayış evində silah-sursat aşkarlanıb
# 30 yanvar 2014 10:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evindən silah-sursat tapılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Kamal Məmmədovun Yeni Suraxanı qəsəbəsindəki evinə baxış zamanı nömrəsi silinmiş “PSM” markalı tapança və 1 patron darağı aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR