«Turanbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb

«Turanbank» yeni səhm emissiyasının yerləşdirilməsinə başlayıb
# 17 dekabr 2013 07:25 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «Turanbank» ASC-nin adi adlı sənədsiz səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanır.

Birjadan «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 4 000 154 manat təşkil edir.

Beləliklə, yerləşdirmədən sonra bankın nizamnamə kapitalı 10% artırılaraq 44 001 694 manata çatdırılacaq.

Yerləşdirmədə anderrayter vəzifəsində «Chelsea Capital» MMC çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR