Milli Dram Teatrının direktoru Makedoniyaya işgüzar səfərə gedib

Milli Dram Teatrının direktoru Makedoniyaya işgüzar səfərə gedib
# 10 dekabr 2013 07:27 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov və prodüser şöbəsinin müdiri Rəcəb Məmmədov Makedoniyaya işgüzar səfərə yollanıblar.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr xadimləri Makedoniya Milli Teatrının yeni binasının açılış mərasiminə dəvət olunublar: “Təntənəli açılış mərasiminə Azərbaycan teatrının nümayəndələri ilə yanaşı dünyanın müxtəlif ölkələrindən tanınmış teatr xadimləri, rejissorlar, aktyorlar, festival təşkilatçıları da dəvət olunub. Səfərdə Makedoniya teatrı ilə və dəvət olunmuş qonaqlarla bir sıra işgüzar görüşlərin keçirilməsi, Azərbaycan teatrının beynəlxalq əlaqələrinin gücləndirilməsinə yönəlmiş danışıqlar aparılması nəzərdə tutulub”.

Qeyd edək ki, 1963-cü ildə Makedoniyada baş vermiş zəlzələ nəticəsində Milli Teatrın binası dağılıb və o zamandan etibarən teatr binasızlıq şəraitində fəaliyyət göstərib. Uzun müddətli fasilədən sonra paytaxt Skopye şəhərində teatr üçün yeni bina tikilib. Müasir tələblərə cavab verən teatr binasının tikintisi Makedoniya teatrının renessansı kimi qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR