Bakıda Gənclər Günü münasibətilə konsert proqramı təşkil olunub - FOTOSESSİYA

Bakıda Gənclər Günü münasibətilə konsert proqramı təşkil olunub - <span style="color: red;">FOTOSESSİYA
# 05 fevral 2014 07:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda Gənclər Günü münasibətilə konsert proqramı təşkil olunub.

Bu barədə APA-ya Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, konsertdə Azərbaycanda təhsil alan xarici tələbələr və qonaqlar üçün Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin kollektivinin ifasında tanınmış bəstəkarlar Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Alamiro Giampierinin, Rolf Lovlandın, Qriqoraş Dinikunun və başqalarının əsərləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR