DÇ: Yunanıstan Fil dişi sahili yığmasını məğlub edərək 1/8 finalda Kosta-Rika millisi ilə qarşılaşacaq - VİDEO

DÇ: Yunanıstan Fil dişi sahili yığmasını məğlub edərək 1/8 finalda Kosta-Rika millisi ilə qarşılaşacaq - <span style="color: red;">VİDEO
# 25 iyun 2014 01:11 (UTC +04:00)

APA TV-nin məlumatına görə, ilk hissədə yunanların heyətində iki məcburi dəyişiklik olub. Panayotis Kone və qapıçı Orestis Karnezis oyunu yarımçıq tərk ediblər. Konenin yerinə meydana çıxan Andreas Samaris 43-cü dəqiqədə hesabı açıb.

Fil dişi sahili yığması hesabı ikinci hissədə bərabərləşdirdi. 74-cü dəqiqədə Vilfrid Boni Jervanyonun ötürməsindən sonra bərabərlik qolunu vurub.

Heç-heçə Fil dişi sahilini növbəti mərhələyə çıxarmağa kifayət edirdi. Lakin oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə yunan futbolçuya qarşı kobudluq penalti ilə nəticələnib. Georgios Samaras penaltini uğurla yerinə yetirib.

Bu qol Yunanıstan millisinə təkcə qələbə gətirmədi, həm də onu növbəti mərhələyə çıxarıb.



Yunanlar 1/8 finalda Kosta-Rika millisi ilə qarşılaşacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR