Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 81 yaşlı kişi xilas olunub

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış 81 yaşlı kişi xilas olunub
# 12 iyun 2014 19:19 (UTC +04:00)

Bakı-APA. Bakının Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1933-cü il təvəllüdlü kişi köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə həmin mənzilin pəncərəsinə qalxaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən huşsuz vəziyyətdə aşkarlanmış vətəndaş hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR