Misirdə sabiq prezident Məhəmməd Mursinin daha 683 tərəfdarı ölüm hökmünə məhkum edilib

Misirdə sabiq prezident Məhəmməd Mursinin daha 683 tərəfdarı ölüm hökmünə məhkum edilib
# 28 aprel 2014 11:16 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, "Müsəlman Qardaşları"nın lideri Məhəmməd Badi daxil olmaqla, Misir məhkəməsi 683 nəfərə ən ağır cəza verib.

Keçmiş prezident Məhəmməd Mursinin tərəfdarlarına ötən il polis bölməsinə hücum ittihamı irəli sürülüb.

Qeyd edək ki, bu ilin martında Məhəmməd Mursinin daha 529 tərəfdarı ölüm cəzasına məhkum olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR